“Araz-Naxçıvan”ın futbolçusu Əyyub Allaş əməliyyat olunub.
Prosport.Az xəbər verir ki, belçikalı hücumçu yaxın günlərdə bərpa prosesinə başlayacaq.
Amma 27 yaşlı oyunçunun komandaya qoşulması 5-6 ay çəkəcək.
Qeyd edək ki, bu ilin fevralında Naxçıvan təmsilçisinə keçən Allaşla "6 ay+1 il" müqavilə imzalanıb.