Azərbaycan I Liqasının XXV turunda "Bakı Sportinq" "Difai"ni qəbul edib.
Prosport.Az xəbər verir ki, oyunu stadiondan izləyənlər arasında AFFA rəhbərliyi də olub.
AFFA-nın icraçı vitse prezidenti Sərxan Hacıyev, onun müşaviri Orxan Əhmədov Binə qəsəbə stadionunda keçirilən görüşü canlı izləyiblər.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

