“Qarabağ” iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq.
Prosport.Az xəbər verir ki, burada 4 gün məskunlaşacaq Ağdam təmsilçisi iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq.
Qeyd edək ki, komanda Avstriyada son yoxlama oyununu iyulun 4-ü Bolqarıstanın ÇSKA (Sofiya) klubuna qarşı keçirəcək.

