Futbol üzrə Cənubi Koreya çempionatında XII turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tedjon" səfərdə “Çenbuk”la qarşılaşıb və 1:1 hesablı heç-heçə ilə kifayətlənib.
Krivotsyuk bu qarşılaşmada 83 dəqiqə meydanda olub.
12 turdan sonra aktivində 27 xal olan “Tedjon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.

