“Şamaxı”nın aparıcı oyunçusu Brahim Konate komandadan ayrılır. Mövsümün əvvəlində bölgə klubuna sərbəst futbolçu kimi gələn Mali əsilli fransalı futbolçu bitmək üzrə olan müqaviləsini yeniləməyəcək.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Kiprdən bir neçə təklifi olan 29 yaşlı oyunçu Azərbaycanda qala bilər. Əla oyunu ilə qiymətini qaldırmağı bacaran yarımmüdafiəçiyə 3 klubumuz ciddi maraq göstərir. Konate “Şamaxı”da qazandığından 3 dəfə artıq olan təklifləri götür-qoy edir.
Brahim Konate hazırda “Neftçi” ilə fəal danışıq aparır. Paytaxt klubunun ona illik 150 min dollar təklif etdyi deyilir. “Zirə” və “Turan Tovuz” da eyni istəkdədir. Hətta bu kllublar Konateni razı salmaq üçün qiyməti qaldırmağın əleyhinə deyil. Lakin ciddi fərq olmazsa, fransalı məhz “Neftçi” ilə anlaşacaq.

