Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında VIII turun rəmzi komandasına seçilib.
Prosport.Az xəbər verir ki, "Zenit"in formasını geyinən müdafiəçi VIII turda "Rubin"lə matçdan (2:0) sonra fərqləndirilib.
Qeyd edək ki, "Zenit" ölkə çempionatında 8 turdan sonra 17 xalla 13 komanda arasında üçüncü pillədə qərarlaşıb.

