"Leqiya”nın futbolçusu Rafal Aqustinyak “Qarabağ”la keçirilən yoxlama görüşü (2:0) barədə danışıb.
Prosport.Az xəbər verir ki, polşalı müdafiəçi yerli mətbuata açılqmasında Ağdam klubuna qalib gəlməyin xoş olduğunu bildirib:
"Rəqibimiz əvvəlkilərdən qat-qat çətin idi. Azərbaycan klubu bizdən bir həftə tez hazırlığa başlayıb. Fiziki cəhətdən bizdən daha yaxşı görünürdülər. Dünən 2 çətin məşq etdik, ona görə də qalib gəlməyimiz xoşdur. Düzdür, qələbə komandanın əhval-ruhiyyəsini artırır, amma mövsüm öncəsi nəticə ən vacib şey deyil".
Aqustinyak "Qarabağ"la görüşdə səhvlərə yol verdiklərini deyib: "Səhvlərimizdən sonra "Qarabağ"da qol vəziyyətləri oldu, amma bunlar sadəcə hazırlıqdır və belə səhvlərə görə özünüzü bağışlaya bilərsiniz".

