Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Futbolda başımız aşağıdır" – Samir Abasov
    4.05.2025 23:08:07

    Misli Premyer Liqasının XXXIII turunun “Neftçi” – “Kəpəz” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis oyunsonrası bunları deyib.

    – Oyunçu 5 metrdən qapıya düşə bilmir… Futbolçuların səhvləri sıralanır. Belə olanda yuxu rejiminiz pozulmur? Və ya səhhətinizdə durum necədir?
    – Sakit qalmağa çalışırıq. Reallıq budur ki, bizim üçün bu mövsümün qatarı gedib. Sakit qalmağa çalışırıq. Bilirəm ki, mən danışandan sonra vallar fərqli yerə gedə bilər. Ona görə sakit olmağa çalışırıq. Bacardığımız qədər uşaqları oyuna hazırlaşmağa, oynamağa çalışır. Birinci səhvlər deyil. Təsəvvür edin, bu gün ilk hissə nadir hallarda belə dominant oynayan komanda olar. Otura-otura saydım ki, ilk hissədə 10-15 dəfə rəqib cərimə meydançasının yaxınlığında, içində olmuşuq. Hətta Yuri Matias, Azər Salahlı kimi müdafiəçilər də irəlidə idi. Bu qədər epizodda qol vura bilməmək problemləri göstərir. 1 "uzun" topla rəqib gəlib qol vurur. Bu məsələləri də bilirik. 3 oyunumuz qalıb. Yenə də futbolçuları kökləməyə çalışacağıq. Artıq adımıza layiq bir şey etmirik. 2 oyundur ki, uduza-uduza hesabı bərabərləşdiririk. Oyunun içində bəzi futbolçular çox çalışır. Məsələn, Bassala Sambu… Bir neçə də oyunçu var ki, onlar uduzmamaq üçün çox çalışır.

    – Növbəti mövsümdə sizə böyük büdcə veriləcəyini düşünmək olar?
    – Bilmədiyim şey haqda sual verirsiniz. Mən gələndə müəyyən komanda yığılmışdı və əlimizdə müəyyən oyunçular var idi. Sonda oturub danışacağıq və gördüyümüz işin hesabatını verəcəyik. Büdcə ilə bağlı nəsə bilmirəm.

    – Emin Mahmudov komandada qalacaq?
    – Eminin müqaviləsi var. Mövsüm bitəndən sonra bizim də qərarlarımız var. O demək deyil ki, müqaviləsi olan hökmən burda qalmalıdır. Çalışacağıq ki, bəzi məsələləri yoluna qoyaq. Futbolçularla fikirlərimizin üst-üstə düşəcəyinə ümid edirəm. Hər iki tərəf üçün xeyirli olmasını istəyirik.

    – Futbol ictimaiyyəti sarğısı olmasa da, Emini kapitan kimi qəbul edir. Nə üçün ona sarğını verə bilmədiniz?
    – Bilmədiniz deyəndə ki, sanki kimsə nəsə məcbur edib. Siz sual verdiyiniz adamı tanısanız, bu sualı verməzsiniz. Mən bura gələndə Emin Mahmudovun, Ramil Şeydayevin məsələsi çox danışılırdı. Oyunçuları sakitləşdirməyə, kapitan məsələsini bitirmək üçün kapitanlığı Rza Cəfərova verdim. Emin bu mövsüm çox əziyyət çəkir. Qışdan sonra stabil oynaya bilmir, mütəmadi zədələri olur. Bunlar daim gördüyümüz Emini görməməyə səbəb oldu.

    – “Sumqayıt”la oyunda sayılmayan qolunuz, verilməyən penaltiniz var idi. Bu gün də rahatlıqla Elvin Camalova “qırmızı” verildi. Sizcə, iddiasız “Neftçi”ni qəbul etmirlər?
    – Səbəblər var. Qərəzdən nəsə olduğunu dilə gətirmirəm. Verilən qərarlar nə dərəcə düzgün olmasa da, reallığı görməliyik. Bunun əziyyətini görmüşəm. Sambu qırmızı vərəqəyə görə Kubokda olmadı və əziyyətini gördük. Düzdür, oyundan sonra VAR-da oturan hakim dedi ki, ikiayaqlı müdaxilə idi və “qırmızı” var idi. Oyundan sonra təkrar baxdım, sanki 2 ayağa müdaxilə yox idi. “Neftçi” haqda çox danışılır. Bu, gündəmdə olmaq deməkdir. Nəticələrimiz də buna səbəbdir, haqq qazandırıram. İstəmədiyim şey odur ki, bizim düşdüyümüz situasiya kiməsə rahatlıq verməsin. Bunun sonu yaxşı bitməyəcək. Təhdid kimi başa düşülməsin. Bir gün lazım olan insanlar masaya əlini vuracaq və ondan sonra necə olacaq, Allah sizi qorusun. Heç kimin “Neftçi”ni əzməyə səbəbi yoxdur. Ancaq neqativ danışılır və reaksiya göstərmiriksə, səbəb var. Futbolda başımız aşağıdır. 2 ildir ki, avrokuboklara gedə bilmirik. Hakimlərlə bağlı çox məsələ olsa da, 1-2 dəfə danışmışam. Amma bu kiməsə səbəb vermir ki, “Neftçi”ni əlində vasitə etsin. Bəlkə, kimlərəsə xoş gəlmək, simpatiya qazanmaq istənilir. Belə davam etməyəcək. Nə varsa, onu edək. “Neftçi” də bir gün özünə gələcək. Belə şeylər xoş deyil. Azından Azərbaycan komandasıyıq. Son illərdə nəticələr həddindən artıq pisdir. Lakin Azərbaycan futbolu deyilirsə, ilk sırada “Neftçi” gəlir.

    – Yəqin, “Neftçi”nin gələcəyi üçün planlarınız var. Fikirləriniz, planlarınız rəhbərliyin düşündükləri ilə üst-üstə düşəcək?
    – Proqramımız var. Əmin olun ki, rəhbərliklə fikirlərimiz üst-üstə düşür. Biz onları, onlar bizi anlayır. Hamının bildiyi problemlər var. Burda çempion olan, gümüş medal qazandığımız illərdə də tənqidlər var idi və bunları normal qarşılayıram. Azarkeşlərin, medianın belə situasiyada komandaya dəstək verməsi, situasiyanı anlaması xoşdur. Bu situasiyada bizi anlamağa çalışan hər insana minnətdaram.

    – Ad çəkməyə ehtiyac yoxdur. Sərəncamınızda olan futbolçuları torbaya qoyub, çölə atsanız, ordan “Neftçi” adına layiq neçə oyunçu çıxar?
    – İnşallah, çox çıxar…

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved