Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Dəvət etsəniz, Azərbaycan mətbuatının 150 illik yubiley tədbirində iştirak edərəm" – Qurban Qurbanov
    4.05.2025 21:02:24

    "Qarabağ" Misli Premyer Liqasının XXXIII turunda öz meydanında "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Futbolçularımı təbrik edirəm. Çoxdandır "Azersun Arena"da oynamırdıq. Bura qələbə ilə geri dönmək pis olmadı. Qarşımızda istəkli rəqib var idi. Daha baxımlı oyun ola bilərdi. Amma ən azından yaxşı mübarizə oldu. Meydanda 90 dəqiqə belə mübarizənin getməsi sevindiricidir.

    - Bu gün 15 yaşlı Amin Rzayevə şans verdiniz. Növbəti oyunlarda da ona şans veriləcək?

    - Xeyli vaxtdır bizimlə məşq edir. Bəzən milli komandaların düşərgəsində olanda məşqlərimizdən kənarda qalır. Hələ gəncdir. Maksimum yükləmələri qəbul edə bilmir. Perspektivi var deyə əsas komandaya cəlb etmişik. Yaşı az olsa da, fiziki göstəriciləri pis deyil. Formalaşması üçün ona vaxt lazımdır. Bir neçə mövqedə oynamağı bacarır. Belə oyunçuların olması bizim üçün vacibdir. Özündən çox şey asılı olacaq. Biz perspektivli hər futbolçu üçün şərait yarada bilərik. Digər məsələlər onların özlərindən asılıdır. Sevimli mövqeyi sol cinah müdafiəçisidir. Qarşıdakı oyunlarda da ona şans verəcəyik. "Zirə" ilə yoldaşlıq oyununda özünü daha rahat hiss edirdi. Bu gün rəsmi oyun olduğu üçün həm sevincli, həm də həyəcanlı idi. Bizim qapılarımız hamı üçün açıqdır. 

    - Ötən tur "Sabah"la oyundan sonra Bəhlul Mustafazadədən başqa bütün futbolçularla görüşdünüz. Bu da müzakirələrə səbəb oldu. Həmin anları necə şərh edərdiniz?

    - Əgər problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək mənim üçün artıq olar. Biz neçə ildir Bəhlulla birlikdə çalışırıqsa, bütün matçlarda oynayırsa, görünən odur ki, bizim problemimiz yoxdur. Açıqlamaya da ehtiyac yoxdur.

    - Dostunuz, həmkarınız Balakişi Qasımovun rəhbərlik etdiyi İctimai TV-də belə bir fikirlər səslənir ki, hakimlər sizə köməklik edir. Həqiqətən hakimlər sizə kömək edir, yoxsa İTV sizə qarşı qərəzlidir?

    - Balakişi Qasımov mənim tanıdığım ən dürüst insanlardan biridir. İnanmıram ki, o belə göstəriş versin. İctimai TV-yə gəlincə, orada qonaq olmayan jurnalist, futbol mütəxəssisi görməmişəm. İnsanların fikri azaddır. Bu, o demək deyil ki, Balakişi müəllim belə fikir formalaşdırmaq tapşırığı verib.

    - Çempionluğu necə qeyd edəcəksiniz?

    - Yəqin ki, hər il olduğu kimi, bu il də klub rəhbərliyi yaxşı tədbir təşkil edəcək. Sadə formada tədbir olacaq.

    - Mövsüm ərzində media ilə sıx əlaqədə olursunuz. Futbolun inkişafında mətbuatın rolunu necə qiymətləndirirsiniz?

    - Bir bir-birimizi tamamlamalıyıq. Sizin fikirləriniz, yazılarınız bizim üçün çox önəmlidir. Bu da inkişafın vacib hissəsidir. Həmişə mətbuatdan razı qalmışam. Futbolumuza dayaq olun. Əgər dəvət etsəniz, Azərbaycan mətbuatının 150 illik yubiley tədbirində də iştirak edərəm.

    - "Azersun Holding"də baş verən rəhbər dəyişikliyinin kluba təsiri ola bilər?

    - Bu barədə klubun rəhbərliyi açıqlama versə, daha yaxşı olar. Mənim bildiyim "Azersun Holding" rəhbərliyi daim daha yaxşısını etmək barədə düşünür. Abdolbari Gözəl Allah rəhmət eləsin. Həmişə deyirdi ki, Heydər Əliyevə söz vermişəm, bu klubu Avropada daha yaxşı tanıtmaq üçün hər şeyi edəcəyəm. Təməli elə qoyulub ki, bu klub həmişə yaşayacaq. "Azersun Holding" rəhbərliyi hər zaman ən yaxşısını etməyə çalışacaq.

    - Sizcə, "Qarabağ" - "Traktor" qardaşlıq matçının keçirilməsinin vaxtı çatıb?

    - "Traktor"u ilk çempionluğu münasibətilə təbrik edirəm. Bu barədə hər hansı fikir bildirə bilməyəcəyəm. Böyük uğur əldə ediblər. Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram. Yəqin ki, nə vaxtsa hər iki klubun rəhbərliyi bu barədə müzakirələr aparar. Biz də sevə-sevə oynamağa hazırıq.

    Futbol

    Ukraynalı futbolçu "Neftçi"ni tərk edir? - Baş məşqçi açıqladı

    10.03.2026 14:15:24
    Futbol

    "Qarabağ" tamam başqa səviyyədir" - Qazaxıstanın klubunun baş məşqçisi

    10.03.2026 13:45:40
    Futbol

    "Qurban Qurbanovun tərəfindəyəm!" - Yuri Vernidub

    10.03.2026 13:18:50
    Futbol

    Leandro Andrade Baqali Daboya şərik çıxdı

    10.03.2026 11:11:38
    Futbol

    Millimizin müdafiəçisi 90 dəqiqə oynadı, 3 xala sevindi

    10.03.2026 10:56:48
    Futbol

    Forma qalmaqalı böyüyür: "Xankəndi" "Şəmkir"i günahlandırdı

    10.03.2026 10:31:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Tanınmış veteran güləşçilərimiz məktəblilərlə görüşdü - FOTOLAR

    10.03.2026 14:55:34

    Ukraynalı futbolçu "Neftçi"ni tərk edir? - Baş məşqçi açıqladı

    10.03.2026 14:15:24

    "Qarabağ" tamam başqa səviyyədir" - Qazaxıstanın klubunun baş məşqçisi

    10.03.2026 13:45:40

    "Qurban Qurbanovun tərəfindəyəm!" - Yuri Vernidub

    10.03.2026 13:18:50

    Cüdo hakimlərimiz beynəlxalq yarışlarda - FOTOLAR

    10.03.2026 12:39:56

    Azərbaycanlı "Qalatasaray"ın oyununa təyinat aldı

    10.03.2026 12:15:06

    Azərbaycanda daha bir beynəlxalq idman tədbiri təxirə salındı

    10.03.2026 11:42:09

    Leandro Andrade Baqali Daboya şərik çıxdı

    10.03.2026 11:11:38

    Millimizin müdafiəçisi 90 dəqiqə oynadı, 3 xala sevindi

    10.03.2026 10:56:48

    Forma qalmaqalı böyüyür: "Xankəndi" "Şəmkir"i günahlandırdı

    10.03.2026 10:31:35

    Premyer Liqa: Lider öz meydanında "Qəbələ"yə qarşı

    10.03.2026 10:02:41

    WADA-nın Bakıdakı tədbiri Yaxın Şərqdəki vəziyyətə görə təxirə salındı

    10.03.2026 09:27:42

    Avropa çempionatı: 2 güləşçimiz finalda

    9.03.2026 23:56:22

    "Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm" - Qurban Berdiyev

    9.03.2026 23:36:04

    "Onlar bura oturmağa gəlməyib" - Yuri Vernidub

    9.03.2026 23:15:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved