Futbol üzrə Cənubi Koreya çempionatında XI turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Tecon Hana Sitizn” evdə “Anyanq”la qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.
Anton Krivotsyuk bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 11 turdan sonra aktivində 26 xal olan “Tecon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.

