Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "2-ci yerin dadı tam başqadır" – Rəşad Sadıqov
    2.05.2025 23:13:55

    "Çox stresli oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz qalib gəlib 2-ci yeri təmin etmək, "Turan Tovuz" isə 3-cülük mübarizəsini davam etdirmək istəyirdi. İlk dəqiqələrdən meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə göründü. 15-20 dəqiqə sonra yavaş-yavaş oyunumuzu bərpa edib, vəziyyəti bərabərləşdirdik. 2-ci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qoldur. Qırmızı vərəqədən sonra meydanda tam başqa futbol getdi. Bizə mübarizə aparıb, hesabı qorumaq qalırdı. O dəqiqələrdə futbolçular amansız mübarizə aparırdı. Sona qədər inanırdılar, inamlı idilər ki, qol buraxmayacağıq. Amma bilirik ki, "Turan Tovuz" üstünlükdən yaxşı istifadə edən komandadır. Bütün komponentlərdə də rəqibə uduzmayaraq, vacib qələbə qazanaraq 2-ci yeri tutduq. Bu münasibətlə azarkeşlərimizi, futbolçularımızı, klub rəhbərliyini ürəkdən təbrik edirəm. Bizim üçün bu mövsüm 2-cilik olduqca önəmli idi. Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir. Bu mövsüm bizim üçün daha çətin keçirdi, rəqiblər bizə qarşı daha fərqli oynayırdılar. Şükürlər olsun ki, bu yükün öhdəsindən gəldik. Avrokuboka 2-ci yerlə gedirik. Bu bizi çox sevindirir. Mövsümboyu göstərdikləri əzmkarlıq və peşəkarlığa görə futbolçularıma təşəkkür edirəm. Çox əziyyət çəkirdik. Elə oyun oldu ki, futbolçumuzun burnu, almacıq sümüyü sındı, çoxsaylı zədələr oldu. Çətinliklərə baxmayaraq, daim iradə və nəticəyə doğru irəliləyən kollektiv görürdüm. Allaha şükürlər olsun ki, sonda istəyimizə nail olduq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasında XXXIII turda "Turan Tovuz" üzərində qazanılan 3:1 hesablı qələbədən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – Artıq 2-ci yeri təmin etdiniz. Bundan sonrakı oyunlarda rotasiyalar görəcəyik?
    – 
    Mütləq şəkildə. Bundan sonrakı müddət avrokuboklara hazırlıq olacaq. Daha çox az oynayanlara şans verəcəyik, çox yorulanları bir az dinləndirəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq. Avrokuboklara I, yoxsa II təsnifat mərhələsindən başlayacağımız artıq Kubokun finalından asılıdır. Ya biz, ya da "Sabah" UEFA Avropa Liqasına gedəcək. Hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda Avropa Liqasında ölkəmizi təmsil etməyə layiqdir. Şəxsən mənim üçün ən vacib olan 2-cilikdir. "Qarabağ" kimi komandanın yer aldığı çempionatda ardıcıl 2 il 2-ci yeri tutmaq vacibdir. Çox ciddi rəqabət getdi. Qış fasiləsindən sonra stabil oynayan, nəticə qazanan komanda idik və sona 3 tur qalmış nəticə həll olundu. Amma tam başqa cür də ola bilərdi. Bu mövsüm 2-ci yer bizim üçün uğurdur. 3-cü yer də bizim üçün uğur idi. Kuboku da qazana bilərdik. Amma 2-ci yerin dadı tam başqadır.

    – Demək olar ki, indiki məqamda əsas məsələ güclənmək yox, hazırkı heyəti qoruyub-saxlamaqdır?
    – Bu heyətlə bağlı ciddi təhlükə yoxdur. Çünki əvvəlcədən işimizi görmüşük. Demək olar ki, bütün futbolçuların müqaviləsi var. Bəlkə 1-2 futbolçuya daha ciddi çempionatlardan ciddi təklif olar. Ola bilsin ki, elə ayrılıqlar olsun. Amma ümumən kollektivi qoruyub-saxlaya biləcəyik. Çünki hər bir futbolçunun müqaviləsi var.

    – "Qarabağ" ölkə Kubokunun finalında "Sabah"ı məğlub edərsə, "Zirə" Avropa Liqasına yollanacaq. Bunu istəyirsiniz?
    – Xeyirlisi olsun. Mən hər zaman xeyirlisini istəmişəm. Hər klub Avropa Liqasında oynamaq istəyər. Çünki ən azından 1 məğlubiyyət imkanın olur. Amma ümumən götürsək, biz bilmirik ki, hansı turnirdə qarşımıza hansı rəqib çıxacaq.

    – İndidən avrokuboklarda məqsədiniz bəllidir?
    – Bu gün 2-ci yeri təmin etdik. Ötən turda 3-cü yeri təmin etmişdik. Rəhbərliklə bu barədə söhbətimiz olmayıb. Bütün fikrimiz çempionata yönəlmişdi. Bundan sonra görüşəcəyik, danışacağıq, plan tutacağıq. Hər bir klub kimi, biz də imkan qədər çox mərhələ keçmək istəyirik. Necə alınacağını zaman göstərəcək.

    Futbol

    "Sportinq"in sabiq futbolçusu "İmişli"də

    27.07.2026 16:53:44
    Futbol

    Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü

    27.07.2026 16:29:37
    Futbol

    "Qarabağ" elə də qorxulu komanda deyil" - Georgi Georgiyev

    27.07.2026 15:48:50
    Futbol

    "Zirə"nin Sumqayıtdakı oyununu idarə edəcək hakim zədələndi

    27.07.2026 14:17:43
    Futbol

    İlham Əliyevdən Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı sərəncam

    27.07.2026 13:43:34
    Futbol

    Mahir Emreli Polşa çempionatına məğlubiyyətlə başladı

    27.07.2026 13:15:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sportinq"in sabiq futbolçusu "İmişli"də

    27.07.2026 16:53:44

    Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü

    27.07.2026 16:29:37

    Azərbaycan klubu əcnəbi məşqçisi ilə müqaviləni yenilədi

    27.07.2026 16:17:28

    "Qarabağ" elə də qorxulu komanda deyil" - Georgi Georgiyev

    27.07.2026 15:48:50

    Bakıdakı Avropa çempionatında 250 könüllü çalışacaq

    27.07.2026 15:12:59

    Dünya çempionatı: 3 güləşçimiz Bakıda yarımfinala yüksəldi

    27.07.2026 14:49:07

    Bu il Bakıda güləşin daha bir dünya çempionatı keçiriləcək

    27.07.2026 14:20:23

    "Zirə"nin Sumqayıtdakı oyununu idarə edəcək hakim zədələndi

    27.07.2026 14:17:43

    İlham Əliyevdən Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı sərəncam

    27.07.2026 13:43:34

    Mahir Emreli Polşa çempionatına məğlubiyyətlə başladı

    27.07.2026 13:15:44

    “Qarabağ”ın sabiq qapıçısı Superliqa klubunda

    27.07.2026 12:55:16

    CV ilə milliyə məşqçi təyinatı olar? - YAZI

    27.07.2026 12:17:33

    Azərbaycan klubu 9 illik baş məşqçisi ilə vidalaşdı

    27.07.2026 11:45:45

    "Samtredia"nın sabiq futbolçusu I Liqa klubunda

    27.07.2026 11:23:29

    "Turan Tovuz"un Ankarada 2-ci sınağı

    27.07.2026 10:54:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved