"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev məşqlərə qoşulub.
Prosport.Az xəbər verir ki, təcrübəli qolkiper fərdi hazırlığa başlayıb.
Millimizin üzvü martın sonunda Belarusa qarşı keçirilmiş yoldaşlıq oyunu öncəsi aldığı zədəyə görə müalicə alırdı. Onun qarşıdakı həftə kollektiv məşqlərə də qoşulacağı gözlənilir.

