“Neftçi”nin futbolçusu Mateus Saldanya “Zenit”də oynamaq istədiyini etiraf edib.
Prosport.Az xəbər verir ki, o, "RP Sport"a açıqlamasında deyib:
“Məni “Zenit”dən çağırsalar və kluba dəvət etsələr, dərhal razılaşardım. Təklif olsa, dərhal "Zenit"ə keçərəm. Amma hər şey hazırkı komandamın nümayəndələrindən asılıdır. Çünki mən "Neftçi" ilə bu il müqavilə bağlamışam”.

