İtaliyanın "Milan" komandası rumıniyalı qolkiperlə yollarını ayırdı.
Prosport.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı qolkiperin başa çatan müqaviləsi uzadılmayıb.
Qeyd edək ki, "Milan" Çiprian Tataruşanunu 2020-ci ilin yayında "Lion"dan transfer etmişdi. Rumıniyalı qapıçı komandanın heyətində 37 oyun keçirib.

