"Sumqayıt" klubu futbolçusu İsa Sulimanla müqaviləni yeniləyib.
Prosport.Az xəbər verir ki, müdafiəçi ilə qüvvədə olan sözləşmənin müddəti daha 2 il artırılıb.
Qeyd edək ki, 2023/2024 mövsümündən komandada çıxış edən Pakistan əsilli ingiltərəli oyunçu Misli Premyer Liqasında 27, ölkə kubokunda 2 matçda meydanda olub O, bu qarşılaşmalarda 4 qola imza atıb.

