"Roma" klubu futbolçusu Stefan El-Şaaravinin müqaviləsini artırıb.
Prosport.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 30 yaşlı futbolçusu ilə yeni müqavilə 2025-ci ilin iyun ayının sonuna kimi hesablanıb.
El-Şaaravi altı ildir (2015-ci ildən 2019-cu ilə və 2021-ci ildən 2023-cü ilə kimi) “Roma”da çıxış edir. 2022/2023 mövsümündə italiyalı oyunçu klubun heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 9 qol vurub və 3 qolun ötürməsini verib.

