Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Səbail" gedir, "İmişli" gəlir - Bölgə klubu Bakıya köçür
    29.04.2025 13:47:47

    Bayıl Premyer Liqasız qalmayacaq. I Liqaya yollanmaq üzrə olan “Səbail”in əvəzinə yeni mövsümdən başqa bir komanda “ASCO Arena”da rəiblərini qəbul edəcək.

    “Lisenziya tələbi olaraq Premyer Liqa standartlarına uyğun hansısa bir stadion təqdim etmək lazım olduğu üçün Bayılda yerləşən “ASCO Arena”nı göstərməli olduq”.

    Prosport.Az xəbər verir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında elitaya vəsiqə qazanan “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov deyib.

    Bununla belə, Mürsəlov “İmişli”nin əsas məqsədinin oyunları rayon azarkeşlərinin qarşısında keçirmək olduğunu vurğulayıb: “Klub olaraq bizim öncəliyimiz ev oyunlarımızı doğma rayonumuzda, azarkeşlərimizin qarşısında keçirməkdir. Bunun üçün əlimizdən gələni etməyə çalışırıq. Bildiyiniz kimi, ot örtüyünün yenilənməsi üçün ciddi vəsait və zaman lazımdır. Bu məqsədlə lazımi qurumlara və AFFA-ya təkliflərimizi ünvanlamışıq. Ümid edirik ki, bizə dəstək olacaqlar”.

    AFFA İcraiyyə Komitəsi Premyer Liqada iştirakçı sayını artırarkən infrastrukturu yetərli olmayan klublara bir il müddətinə güşət edilməsini açıqlamışdı. “İmişli” də məhz bundan faydalanaraq doğma rayondakı stadion tam hazır olanadək paytaxtda oynayacaq. Eyni qərarı “Karvan” da verib – yevlaxlılar mövsümün ilk oyunlarını Bakıda və ya Qəbələdə keçirmək niyyətindədir.

    AFFA belə klublara ciddi nəzarət etməlidir. Zaman göstərir ki, aşağı liqalarda infrastrukturla bağlı durum acınacaqlıdır. Heç kimin maliyyəsi şəraitin yaxşılaşdırılmasına yetmir, Premyer Liqaya vəsiqə qazananlar öz azarkeşləri önündə oynaya bilmir. “Kəpəz” illərdir qaçqın həyatı yaşayır, Bakıda, Qəbələdə, Tovuzda gününü keçirir. “Araz-Naxçıvan” Premyer Liqaya gələndən Muxtar Respublikanın üzünü görməyib, daha çox Mərdəkan təmsilçisinə bənzəyir. İndi isə “Karvan”la “İmişli” eyni durumdadır.

    Qarşıdakı mövsümdə “Kəpəz”, nəhayət, Gəncədə oynaya biləcəksə, 3 klub doğma rayonuna həsrət qalacaq. Assosiasiya onların qarşısında qoyduğu tələbləri sərtləşdirməli, büdcəniin legionerlərə dağıdılmasının qarşısını almalı, infrastrukturun qurulmasına nəzarət edilməlidir. Hamısının öz stadionu var, sadəcə, mövcud infrastrukturu yaxşılaşdırmaq gərəkdir. “İmişli” və “Karvan”la yanaşı, “Araz-Naxçıvan” da nəzarətə götürülməlidir. Büdcəsi kifayət qədər böyük olan naxçvanlılar hər mövsümə bir milyon manat ayırsaydı, indi doğma meydnda oynamaq üçün heç bir problemi qalmazdı. Digərlərindən tələb olunanlar onlara da şamil edilməli, əks halda komanda I Liqaya göndərilməlidiir. Komanda sayını artıraraq hamını Bakıya yığmaq xoş mənzərə deyil.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved