Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bunu mənə yükləmək istəyirsinizsə, problem yoxdur" - Vaqif Cavadov
    28.04.2025 22:54:22

    Misli Premyer Liqasının XXXII turunun “Sumqayıt” – “Neftçi” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Hər iki komanda qələbə üçün oynayırdı. Komandamdan razıyam. Baxmayaraq ki, öz səhvlərimizdən qol buraxdıq. Oyundan çox razıyam. “Neftçi” yaxşı rəqibdir, güclü futbolçuları var. Buna baxmayaraq, komandam yaxşı oyun göstərdi.

    – Nə baş verdi ki, 2:0-dan üstünlük rəqibə keçdi?
    – Futbolda hər şey olur. Fərdi səhvlərimiz oldu. Bundan əlavə, rəqibin adı, ustalıq səviyyəsi özünü göstərdi. Bu komandaya qarşı belə oynamağa ancaq alqış düşür. 1 xal da 1 xaldır.

    – Qazandınız, ya iki xal itirdiniz?
    – Məyusam ki, komandam qələbə qazana bilmədi. Amma rəqibi də nəzərə almaq lazımdır. 2 səhv bizimçün kritik oldu. Üzücü olan budur. Qismət belə imiş.

    – 2:0-dan sonra əsas oyunçuları çıxardınız və rəqib 2 qol vurdu…
    – Rəqibin 1-ci qolunda əvəzetmə olmamışdı. Lakin qoldan sonra dəyişiklik etməyə çalışdıq. Bəzi şeylər alındı, bəziləri yox. Fərdi səhvlərə görə uduzduq.

    – Karaişvilinin səhvindən sonra qol buraxdınız. Özünüzü günahkar görürsünüz?
    – Bunu mənə yükləmək istəyirsinizsə, problem yoxdur. Yenə deyirəm, doğrunun tərəfindəsinizsə, digər məşqçilərə də belə suallar verin.

    – Xəyalı qapıda oynatdınız, iki qolu başınıb üzərindən buraxdı…
    – Xəyal Tovuzda yaxşı seyvlər etdi. Onda yaxşı idi, indi pis? Gənc oyunçunun yanında olmaq lazımdır.

    – İdman mətbuatının sizə qarşı qərəzli olduğunu düşünürsünüz?
    – Mən həmişə dəstək istəmişəm. Yeni məşqçi üçün belə ifadələr görmək məni üzür. Komandanı çətin vəziyyətdə götürmüşəm. Təcrübəli məşqçilərə fərqli suallar verilir, gənc məşqçiyə fərqli. Bu gün istəməzdim ki, komandam xal itirsin.

    – İstədiyiniz futbol, tətbiq etdiyiniz oyun kənardan xoş görünür. Bəs, sabit qalmaq üçün nə çatmır?
    – Nüanslar çoxdur. Bu mövsümü yaxşı başa vuraq. Əsas odur ki, iş var. Vəziyyəti sabitləşdirmək üçün heyətdən də çox şey asılıdır. Ümidvaram ki, hər şey qaydasında olar.

    – Rövlan Muradov öz mövqeyinin ən yaxşılarındandır. Nə problem var ki, oynamır?
    – 11 oyundur, qol vurmurduq. Bu matçlarda Rövlan əsas heyətdə idi. Heç qol ötürməsi belə yoxdur. Sərtan isə iştirak etdiyi oyunlarda faydalı olur. Bu şansı indi ona nə üçün verməyim? Rövlan da şansını gözləməlidir. Rövlana 17 oyunda şans verilib, bu matçlarda isə daha az oynayanları nəzərə almaq lazımdır. Hər futbolçudan yararlanmaq istəyirik. Rövlanla problemimiz yoxdur. Məşqlərdə də yaxşıdır. Növbəti oyunlarda onu görə bilərik. Sərtan indi o mövqedə daha yaxşıdır.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved