Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komandadakı taleyim bilinmir" - Samir Abasov
    28.04.2025 22:35:38

    Misli Premyer Liqasının XXXII turunun “Sumqayıt” – “Neftçi” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – 2 fərqli hissə izləməyimizin səbəbi nədir?
    – Belə olduğunu düşünmürəm. Oyunun əvvəlindən diktə etməyə çalışırdıq. 3-4 dəfə pressinq edəndən sonra topu aldıq. Lakin son məqamda düz qərarlar vermədik. Rəqib isə bir hücumla qol vurdu. Bu gün xoşlamadığım məsələ hakimliklə bağlı oldu. Məğlubiyyətdən sonra nəticəyə köklənirik. Ancaq bu gün böyük problem var idi. Başa düşürəm, son vaxtlar üzərimizdə təzyiq çoxdur. Ancaq bu səbəb deyil ki, neqativ ab-hava yaransın. Kimlərsə istədiklərini etməyə çalışır. Hakim bu gün oyunu ələ ala bilmədi. Topdaşıyanlar belə bizi tempdən salırdı. Məndə də şübhə var ki, VAR otağına siqnal necə gedir? Birinci dəfə 2-ci qolumuz qeydə alınsaydı, fərqli ola bilərdi. Təmiz qolumuz sayılmadı. İndidən deyirəm, bəlkə yanılıram, çünki mən efirdən epizodu elə gördüm. İmkanlarımız oldu. Futbolçular sağ olsunlar, son vaxtlar üzərimizdə əməlli-başlı təzyiq var. Bunun altından çıxmaq çətin idi. Uşaqların haqqı verilməlidir. Bu gün qələbə qazanmalıydıq.

    – Heç-heçə olsa da, 2 xal itirildi. Avrokuboklardan əlini üzmüş komandanı oyunlara kökləmək çətin olmur?
    – Kökləmək çətindir. Amma meydandakı iş fərqlidir. Həqiqətən, çətindir. Ancaq nə edək? Bu, futboldur. Dərs çıxarmalı və yaxşı olmalıyıq. Bu gün oturuşmuş komandaya qarşı oynadıq. Heç kimin xətrinə dəyməsin, “Neftçi” oyunçuların maliyyəti ilə fərqlənir. Biz bu gün meydanda otursaq, qınanılacağıq. Deyəcəklər ki, pullar verilib. Müdafiəni yarmaqda problemlər var və bunu bilirik. Dəyişmək üçün zaman lazımdır. Çalışacağıq ki, problemləri aradan götürək və daha yaxşı komanda olaq.

    – Bəzi futbolçular özünü sübut etməyə çalışır, bəziləri isə getmələri ilə barışıb sanki…
    – Mən qarışıq, kiminsə taleyi bilinmir. “Neftçi”dən göndəriləcəksənsə, deməli, səninki bura qədərmiş. Burada oynamaq lazımdır ki, kiminsə xoşuna gələsən. Təslim olmaq lazım deyil.

    – Yarımmüdafiə xəttində itkilər var idi...
    – Heyətlə bağlı problem əvvəldən davam edir. Son matçda Emin Mahmudov sıradan çıxdı. Bəlkə də mövsümü bitirdi. Uzun müddət oynamadıqdan sonra özünü çox gücə saldı. Emil Səfərov, Ryo, Quzzo demək olar, mövsümü başa vurub. Birinci gündən zədə problemlərimiz davam edir. Bunlar şikayət deyil, sadəcə, dərdimizi deyirik. İlk məşqdən zədələnənlər oldu. Azər Salahlının da həmin məşqdə ayağı qırılmışdı. Heyət quranda problemlərlə üzləşmişik. İnşallah, gələcəkdəki planlarımızda bu problemləri yaşamamağa çalışacağıq.

    – Yeni mövsümlə bağlı hansı hədəflər var?
    – Bütün günü işimiz planlar cızmaqdır. Gələcəyin planlarını qurub, üzərində işləyirik. Sirr deyil, futbolçu axtarışları, kollektivdə düzəlməsi məsələlər üzərində işləyərik.

    – Abasovun komandaya gələndə hansı vəziyyətdə olduğunu bildiyi deyilirdi...
    – Bu qədərini gözləyirdim. Bilirdik hara gəlirik. Nə olsun bilirdik? Olacaqları təxmin edirdik. Ondan da yaxşı bilirdik ki, nələri tez dəyişə bilərik. Bura gələndə bunları dərk edib, gəlmişik. İstəyimiz daha yaxşı olmaq idi. Bir futbolçu haqda kənardan fikir bildirmək asan olur. Lakin birlikdə olanda görürsən ki, düzəltmək olmur.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved