Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İkinci dəfə mövsümü “Qızıl dubl”la bitirməyə çalışacağıq" - Tahir Gözəl
    28.04.2025 18:17:27

    “Qarabağ” daha bir möhtəşəm mövsümü arxada qoymağa yaxınlaşır. Komandamız Premyer Liqanın sonuna 4 tur qalmış ardıcıl 4-cü, tarixində 12-ci dəfə çempionluğu qazandı”.

    Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl 12-ci çempionluq barədə klubun rəsmi saytına açıqlamasında deyib.

    Funksioner komandanı və azarkeşləri növbəti uğurlu mövsüm münasibətilə təbrik edib: “Çempionatın qalibi adının finişə bir neçə tur qalmış qazanılmasına baxmayaraq, bu titulun asanlıqla əldə edildiyini demək olmaz. Çünki bütün rəqiblərimiz bizimlə oyunlara motivasiya ilə çıxır, əzmkarlıqla mübarizə aparırlar. Buna səbəb komandamızın ildən-ilə daha da inkişaf etməsi, Avropa səviyyəli kluba çevrilməsidir. Uğurlarımız artdıqca, rəqiblərimizin bizə qarşı motivasiyası da böyüyür. Çempionatdakı komandalar daha güclü olduqca, qarşılarında daha güclü “Qarabağ” görürlər. Qazanılan ardıcıl çempionluqlar, Avropadakı uğurlu nəticələr klub daxilində yaratdığımız birliyin nəticəsidir. Klubumuz üçün mənəvi dəyərlər daim ilk sırada olub. Bunun da sayəsində daim ön sıralarda yer almışıq. Komandamız dünya və Avropa reytinqlərində Azərbaycanın ən yaxşısı kimi möhkəmlənib. Üstəlik, bir sıra adlı-sanlı Avropa təmsilçilərini, ölkəmizdə yetərincə azarkeşi olan xarici klubları arxada qoymağı bacarır. Həm nəticələr, həm nüfuzlu reytinq siyahılarındakı mövqeyi ilə “Qarabağ” Avropada sayılıb seçilən, hörmətlə yanaşılan kollektivlər sırasında yer alıb. Bütün bunlar da rəhbərliklə baş məşqçimiz Qurban Qurbanov başda olmaqla bütün klubun birgə əməyinin bəhrəsidir. “Qarabağ”da rəhbərlikdən, baş məşqçidən sıravi işçiyə kimi hamının arasında böyük mənəvi birlik var. Azərbaycan futbolu üçün rekord olan sayca 12-ci çempionluq münasibətilə İdarə Heyətini, Qurban Qurbanov başda olmaqla məşqçilər heyətini, futbolçularımı, klubumuzda çalışan hər kəsi, ürəyi “Qarabağ”la döyünən bütün azarkeşlərimizi təbrik edirəm”.

    Gözəl avrokubok mövsümü və növbəti hədəflərə də toxunub: “Çempionatda qazanılan titula qədər komandamız Avropada da sözünü dedi. Çempionlar Liqasında Bolqarıstanda “Lüdoqorets” üzərindəki parlaq qələbə ilə pley-offa yüksələn “Qarabağ” növbəti dəfə bütün qitədə özündən söz etdirdi. Komandamız ardıcıl 11-ci dəfə qitə kuboklarının əsas mərhələsinə yüksəldi. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsində qitənin adlı-sanlı komandaları ilə 8 görüşə çıxan azarkeşlərini mübarizəsi, gözəl oyunu ilə həyəcanlandırdı. Rəqiblərimizdən altısının – “Tottenhem”, “Ayaks”, “Lion”, “Olimpiakos”, “Bodo Qlimt” və FCSB-nın növbəti mərhələyə adlaması nə qədər güclü komandalarla qarşılaşdığımızı göstərir. Üstəlik, növbəti dəfə rəqiblərimizdən biri avrokubokların finalında oynayacaq. “Tottenhem” və Norveçdə məğlub etdiyimiz “Bodo Qlimt” yarımfinala qədər irəliləyərək bu raundda üz-üzə gələcək ki, onlardan da biri həlledici görüşə vəsiqə qazanacaq. İstər Avropada, istər çempionatda qazanılan uğurlar komandamızı yeni hədəflərə səsləyir. Bizi Azərbaycan kuboku uğrunda final matçı gözləyir. Bu görüşü səbirsizliklə və həyəcanla gözləyirəm. “Sabah” çox güclü komandadır. Finaldakı rəqibimiz yaxşı heyətə malikdir. “Sabah” ildən-ilə daha da güclənir. Əlbəttə, bu, futboldur. Biz də finala köklənmişik. “Qarabağ” daha bir titul qazanmağa, ardıcıl ikinci dəfə mövsümü “Qızıl dubl”la bitirməyə çalışacaq. İndiyədək 8 dəfə ölkə kubokunu başı üzərinə qaldıran komandamız 9-cu uğuru əldə etmək istəyir. “Sabah” da avrokuboklara vəsiqə üçün bu qarşılaşmaya böyük önəm verir. Bu matçın azarkeşlər üçün gözəl futbol bayramına çevriləcəyinə inanırıq. Bundan sonra növbəti mövsümə hazırlığa böyük motivasiya və inamla başlayacağıq. Çempion adını yenidən qorumaq, Avropada tarixlər yazmağa çalışacağıq. Qarabağın adını qitədə həmişə layiqincə təmsil etmək ən vacib hədəflərimizdəndir. Biz bu adı daim məsuliyyətlə və layiqincə daşımışıq. Bu adın Azərbaycan üçün dəyərini dərk edirik və onu daha da yüksəklərə ucaltmaq üçün mübarizə aparacağıq. Komandamıza güvənirəm və inamım böyükdür. Komanda da mənə və rəhbərliyə inanır. Bu qarşılıqlı inam bizi daha da irəli aparır və aparmaqda davam edəcək”.

    Futbol

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40
    Futbol

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20
    Futbol

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05
    Futbol

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38
    Futbol

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11
    Futbol

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved