“Zirə” Ruan Renatoyla yeni müqavilə bağlayıb.
Prosport.Az xəbər verir ki, braziliyalı müdafiəçi daha iki il paytaxt təmsilçisində çıxış edəcək.
Yeni müqaviləyə əsasən, futbolçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.

