"Turan Tovuz"un baş məşqçisi Qurban Berdiyev sabiq klubu “Rubin”in qonağı olub.
Prosport.Az xəbər verir ki, o, Rusiya Premyer Liqasının XXVI turunda keçirilmiş “Rubin” - “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.
Berdiyev rəmzi olaraq oyunda topa ilk toxunuşu yerinə yetirib.
Ona “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

