Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komandaya yeni nəfəs lazımdır" – Qurban Qurbanov
    27.04.2025 23:05:29

    Misli Premyer Liqasının XXXII turunun “Sabah” – “Qarabağ” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Futbolçularımı təbrik edirəm. Bir illik əziyyətdən sonra çempion olduq. Bu, məni sevindirir. Əsl çempionluq oyunu oldu. Hər iki tərəf ağıllı və dinamik oynadı. Azarkeşlərimiz də bu çempionluğa layiqdir. İlboyu bizimlədirlər, tək qoymurlar. “Sabah”a uğurlar arzu edirəm.

    – Futbolçular üçün sanki çempionluq adiləşib…
    – Uşaqları motivasiyada saxlamaq asan deyil. Onların arzusu olmasa, bunu etmək çətin olar. İlk dəqiqələrdən sona kimi yaxşı mübarizə apardılar. Hər uğurun ilkləri daha xoş olur. Mən isə həmişə növbəti uğur üçün can atıram.

    – Kubokun finalında da bu komandayla qarşılaşacaqsınız. Nəyisə yoxladınız?
    – Heyəti tam dəyişmişdik. Son matçlarda demək olar, eyni heyətlə oynayırdıq. Yorğunluq hiss olunurdu. Uşaqları qorumaq istəyirdim. Yükləmə olanda bərpa bir az zaman alır. Çoxdan oynamayan uşaqlar da dinamikanı qorumağa çalışdılar. Onlara təşəkkür edirəm. Hər çempionatda belə heyətlə oyunlarımız olur və onlar çempionluqda böyük pay sahibidir.

    – Qarşıdakı oyunlarda da rotasiyalar olacaq?
    – Ola bilər. Çalışıram ki, futbolçuların idman formasını qoruyum. Gedişata görə addımlar atacağıq.

    – Komandada köklü dəyişikliklər olacağı iddia edilir. Belə plan var?
    – Köklü dəyişiklik ağır gəlir. Vəziyyətə uyğun addım atmağa çalışacağıq. Hansı futbolçu ilə işləmişəmsə, onu göndərmək istəməmişəm. Onların əziyyətini görürəm. Buna görə kimisə göndərmək istəmirəm. Baş məşqçi kimi ayrılıqlar çətin gəlir. Komandaya yeni nəfəs vermək, aktivləşdirmək üçün şansımız olsa, addımlar atacağıq. Heyətimizə yeni oyunçular qatmaq istəyirik. Bəzi gedənlərin yeri boş qalıb. Qlobal dəyişiklik olacağını demək olmaz.

    – Penalti olmasaydı, xal qazanmaq şansınızı necə dəyərləndirirsiniz?
    – Penaltidən qol vuranda da xal verilir. Penalti olmasaydı, qələbəmiz olmazdı demək düzgün deyil. İl ərzində 3-4 dəfə penalti qolu ilə xal qazanmışıq. Qol epizodlarımız olur.

    – “Sabah”ın oyunçularını necə xarakterizə edərdiniz?
    – Onları həmişə dəyərləndirmişəm. Sürətli, texnikalı oyunçuları var. Bu komandaya qarşı yaxşı oynamaq üçün çox hazırlaşmalıyıq. Düşünülmüş hücumları olur. Diqqətsizlik qapımızda qola səbəb oldu.

    – Tahir Gözəl bildirdi ki, 4-5 transfer olacaq. Bu haqda nə deyə bilərsiniz?
    – Hər ilin sonunda rəhbərliklə müzakirələrimiz olur. Qarşılıqlı təşəkkür edirik. İşimizi düzgün yerinə yetirəndə, birlik möhkəm olanda, uğur da olur. Danışacağıq. İllər boyu həmişə istəmişik ki, yayda daha çox transfer edək. Bəzən olub ki, 4-5 transfer istəyib, sonda 2 yeni oyunçu gətirmişik. Diqqətimdə olan oyunçular var. Bəzən hər istədiyin oyunçunu gətirə bilmirsən. Avropaya meyilli olurlar, maliyyə baxımından fərqli istəkləri olur. Hər bir halda, yeni nəfəs lazımdır. Daha uğurlu olmaq istəyiriksə, çox çalışmalı, heyətimizi gücləndirmək istəyirik.

    – Yassin Benziya və Marko Veşoviçin klubdan çox maaş istədiyi yazılır. Bu oyunçularla bağlı vəziyyət necədir?
    – İstəyərəm ki, bu oyunçularla illərlə birlikdə olaq. Bir-birimizi yaxşı anlayırıq. Yazılanlar doğru deyil. Hansısa futbolçunun yüksək maaş tələbi olduğu üçün müqavilə bağlanılmadığı kimi məsələ olmayıb. Futbolçular bir yaşdan sonra son addımlarını atmaq istəyirlər. Veşoviç və Benziyada maaş məsələsi olmayıb. Hər oyunçunun öz yeri var. Futbolçular öz bacarıqlarına görə fikirlərini bildirirlər. Kadi gəldi deyə, kimsə maaşımı artırın deməz. Bəzən olub ki, bir futbolçuyla ilboyu danışığımız olub. Oyunçular üçün də qərar vermək asan olmur. Onların özlərinə də çoxlu məsləhət verən olur. Onları anlayıb, sərbəst buraxıram. Futbolçu karyerası qısadır, olduğun yerdə ürəkdən oynayır, bu komandanın uğuru üçün güclərini sona kimi qoyursa, mən də hansısa kompromisə getməliyəm.

    – Çempionlar Liqasında hədəf nə olacaq?
    – Fikir bildirə bilmərəm. Hələ vaxt var. Hər il daha yaxşı olmaq istəyirik.

    Futbol

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40
    Futbol

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20
    Futbol

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05
    Futbol

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38
    Futbol

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11
    Futbol

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved