Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mən heç kimə söz atmıram" – Elmar Baxşıyev
    27.04.2025 20:04:34

    "Bizim üçün ağır oyun alındı. Kubokdan sonra 3 gün vaxtımız var idi. Komanda olaraq son oyunları 4-5 gündən bir oynadığımıza görə bu gün meydanda dinamika baxımından çox aşağı səviyyədə oyun göstərdik. Amma çempionatın sonudur. Ümid edirik ki, yaxşı dincəlib, rəqibləri analiz edib, oyunlara hazırlaşacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının XXXII turunun "Səbail"lə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    - Komanda qol vurur, amma bundan sonra sanki geri çəkilir. Bu da bir neçə dəfə olub. Nə ilə bağlıdır? 

    - Komandaya tapşırıq olmur ki, sırf müdafiədə otursun. Futbolçuları da başa düşürük, onlar ağır tsikldə oynayırlar. Heyətimiz geniş deyil. Çox rotasiyalara gedə bilmirdik. Futbolçularımın göstərdiyi oyunu da kiçiltmək niyyətində deyilik. Komandamıza yenə də inanırıq. Qarşıdakı matçlarda daha dinamik və sanballı "Araz-Naxçıvan" görəcəyimizə inanıram.

    - Kubok əldən çıxdı, demək olar ki, turnir cədvəlində ikinci yeri tutmaq şansını da itirirsiniz...

    - Komanda mövsüm ərzində əziyyət çəkib. Bura kiminsə gücünə gəlməmişik. Futbolçuların gücü, iradəsi sayəsində bu yerlərdəyik. Ancaq komanda şəklində daha artığını etməliyik ki, istədiyimiz hədəfə çataq.

    - "Turan Tovuz"un ardıcıl xal itkiləri sizi nə dərəcədə motivasiya edir? Hədsiz arxayınlıq verir?

    - Xeyr. Komandanı rəqiblərdən yox, özümüzdən asılı etməyə çalışırıq.

    - Əvvəlki dövrələrdə qazandığınız qələbələr sizi hələlik xilas edir. Çünki statistikaya baxsaq, Premyer Liqada son 12 matçda cəmi 1 qələbəniz var. Bunu nə ilə izah etmək olar?

    - Xilas edir deyəndə, o qələbələri də kimsə bizim yerimizə qazanmayıb, özümüz qazanmışıq. Futbolda belə hallar qaçılmazdır. İndi də 6 zədəli futbolçumuz var. Hamısı da əsas heyət üzvüdür. Futbolda sıxıntılar yaşaya-yaşaya nəticədən uzaqlaşırsan. Amma komanda çalışır. Hər şey özümüzdən asılıdır.

    - Zaman-zaman hakimliklə bağlı gileyiniz, şikayətiniz olur. Ara-sıra mətbuata da söz atırsınız. "Araz-Naxçıvan" ilk "6-lıq"da qərarlaşan komandalar arasında ən az qol vurandır. Hakimlərin bəzi oyunlarda səhvlərini görürük. Futbolçularınızın az qol vurmasının səbəbi nədir?

    - Oyunlar olub ki, bəlkə də 6-7 qol vura bilərdik. Sadəcə, realizədə bir az axsama var. Komandanın sırf az qol vurduğu da sadəcə statistikadır. Biz daim hücumdayıq, hücumda olmağa çalışırıq. Mənim söz atmağıma gəlincə, siz fərqli düşünürsünüz. Mən heç kimə söz atmıram. Sadəcə, bəzən reallığı çox adam görmək istəmir. Əgər keçən oyuna qayıtsaq, etirazımı normal qarşılamaq lazımdır. Oyunun içində olan adamam, gördüyümü sizinlə bölüşməliyəm. Fikrimcə, kubok görüşündə bizə qarşı hakim haqsızlıqları var idi. Ona kimsə göz də yuma bilər, fərqli düşünə də bilər. Bizim gördüyümüz şeylər başqadır, amma qərar verən biz deyilik. Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar.

    Futbol

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40
    Futbol

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20
    Futbol

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05
    Futbol

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38
    Futbol

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11
    Futbol

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved