Azərbaycan millisinin futbolçusu Ozan Kökçünün formasını geyindiyi Finlandiyanın HYK komandası növbəti görüşünə çıxıb.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi VPS klubunu qəbul edib və rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu, HYK-nın cari mövsüm ilk qələbəsi olub.
Ozan Kökçü bu matçda 84-cü dəqiqədə meydana çıxıb. Onun komandası 4 turdan sonra 3 xalla 9-cu pillədədir.

