Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mənim üçün "Qarabağ", Qurban Qurbanov bir məktəbdir" – Rəşad Sadıqov
    26.04.2025 22:08:17

    "Zirə" Misli Premyer Liqasının XXXII turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Gözlədiyimiz kimi çətin oyun oldu. Rəqib qış fasiləsindən sonra evdə məğlub olmamışdı. Bilirdik ki, "Kəpəz" əzmkar mübarizə aparacaq. Üstünlük yaratmaq üçün əlimizdən gələni etdik. Oyuna yaxşı başladıq. Rəqib bizə oynamağa çox da imkan vermirdi. 2-ci hissənin əvvəlində sürəti artırdıq. O dəqiqələrdə qol vurduq. Daha sonra yaxşı əks-hücumlarımız oldu. 2-ci qolu vursaydıq, bizim üçün daha rahat olardı. Qarşıda bizi 4 oyun gözləyir. Hər matçda yaxşı performans göstərməliyik.

    – Avrokuboklara hansı yeniliklərlə gedəcəksiniz?
    – Avropa Liqası üçün 3 komandanın şansı var. Hər üç komanda sona qədər mübarizə aparacaq. Qarşımıza qoyulan hədəf avrokuboklar idi. Medal qazanaraq bunu etmək sevindirici haldır. 2-ci yeri tutmaq istəyirik. Necə olacağını zaman göstərəcək. "Araz-Naxçıvan" sona qədər təslim olmayacaq.

    – Qurban Qurbanov və siz uzun müddətdir ki, bir komandada işləyirsiniz. Niyə digər klublarımız baş məşqçilərə bu qədər çox şans vermir?
    – Klublarımız daha çox yerli məşqçilərə güvənir. Mən şəxsən yerli mütəxəssislərin gördüyü işlərlə fəxr edirəm. Hamını bir-bir qeyd edə bilərəm. Gördükləri iş qürurvericidir.

    – Avrokuboklarda hədəfiniz nə olacaq?
    – Bu gün 1 mərhələ keçəndə uğur sayılır. Bunun da səbəbi reytinqimizin aşağı olmasıdır. Reytinqimizi gücləndirməliyik ki, ilkin mərhələlərdə uyğun rəqiblər olsun. Cırmaqlaya-cırmaqlaya reytinq xalları toplamalıyıq. Avrokuboklarda uğur əldə etmək asan deyil. Bu il üzərimizdə təzyiq olacaq. Çünki keçən il pley-off mərhələsinə yüksəlmişdik. Hər şeyi zaman göstərəcək. İstəyərik ki, güclənək. Bu gün klubun bizə yaratdığı şəraitdən razıyam. Bir az da güclənə bilsək, yaxşı olar. Bu həftədən yavaş-yavaş işlərə başlayacağıq. Dünən avrokuboklarda iştirakımız təsdiqlənəndən sonra maraqlandım ki, Konfrans Liqasında ilk oyun nə vaxtdır. Hazırda bizim üçün prioritet çempionatda 2-ci yeri tutmaqdır.

    – Ötən mövsüm "Zirə" daha praqmatik oynayırdı. Bu mövsüm isə həm baxımlı oyun var, həm də nəticə. Oyun fəlsəfənizi komandaya aşılaya bilmisiniz?
    – Keçən il kim bizdən yaxşı oynayırdı? Hamı nəticə qazanmaq istəyir. Hamımız istəyirik ki, həm gözəl futbol oynayaq, həm də nəticələrimiz yaxşı olsun. Bu il risk etdiyimiz məqamlar daha çoxdur. Hər şeyin vaxtı var. Mənim üçün "Qarabağ", Qurban Qurbanov bir məktəbdir. İnşallah, biz də bir gün o səviyyəyə gələrik. Həm nətəcələrimiz yaxşı olar, həm oyunumuz hamını məmnun edər. Futbolçularımdan çox razıyam. Ötən mövsümü 8-9-cu yerdə bitirən klublardan futbolçular transfer etmişik. Biz iddialı transferlər etməmişik. Gücümüzə, imkanlarımıza uyğun yaxşı komanda formalaşdırmağa çalışırıq.

    – "Zirə" nə vaxt yüksək məbləğlər ödəyib transferlər edə biləcək?
    – Vacib olan odur ki, transfer etdiyin futbolçular uğurlu olsun. Bu il kiçik büdcə ilə çox uğurlu transferlər etmişik. Bəlkə də böyük pullar xərcləsəydik, belə uğurlu olmazdı. Bəzən elə oyunçular olur ki, heyətinə qatmaq istəyirsən, amma istədiyi məbləği verə bilmirsən. Nə vaxtsa elə imkanlarımız olar, biz də bahalı transferlər edərik. Amma bu gün də rəhbərlikdən razıyıq.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved