Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hələ bunun öhdəsindən gələ bilmirik" – Yunis Hüseynov
    25.04.2025 22:42:28

    Misli Premyer Liqasının XXXII turunun “Turan Tovuz” – “Şamaxı” matçından (1:1) sonra meydan sahibi komandanın məşqçisi Yunis Hüsyenov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Qələbə qazanmaq istəyirdik, üç xal vacib idi. Əfsuslar olsun, alınmadı. Qol vursaq da, tez qol buraxdıq. Səhvimizə görə xal itirdik. Komandadan elə də razı qalmadıq, yaxşı oyun göstərə bilmədik.

    – “Sabah”ı məğlub edib, “Səbail”ə, “Şamaxı”ya qalib gələ bilmirsiniz. Vacib olan görüşlərdə işin öhdəsindən gələ bilmirsiniz. Səbəb nədir?
    – Özümüz də bu haqda danışırdıq. Siz deyən komandalarla xallar itirməsəydik, indi bəlkə də, ikinci sırada olardıq. Həmişə bu haqda danışırıq. Futbolda belə hallar olur. Oyunçular “Qarabağ”a, “Sabah”a fərqli yanaşır. Tam ciddi olmaq lazımdır. İstər-istəməz psixoloji cəhətdən bəzi şeylər alınmır. Bunun üzərində işləyirik. Şablon çıxmasın, baş məşqçimiz hər oyundan sonra uşaqlarla danışır. Hələ bunun öhdəsindən gələ bilmirik.

    – “Karvan”la uğurlar qazanmısınız. Komanda yenidən Premyer Liqaya yüksəldi. Təklif olsa, dəyərləndirərsiniz?
    – Premyer Liqaya yüksələn komandaları təbrik edirəm. Bölgə təmsilçilərinin elitaya gəlməsi yaxşıdır. “Turan Tovuz”da özümü xoşbəxt hiss edirəm.

    – Futbolçular arxaya çox ötürmə edir. Bu, nə ilə bağlıdır?
    – Axsayan cəhətimiz budur ki, hücumda çoxala bilmirik. Baş məşqçimiz də dəfələrlə bunu deyir. Uşaqların nə üçün hücuma getmədiyini deyə bilmirəm. İrəlidə top saxlamaq çətindir. Qol vurmaqda da çətinlik yaşayırıq. Asan qol buraxırıq, qol vurmaq isə çətin olur.

    – Avrokuboklara vəsiqə üçün kubokun finalında “Qarabağ”ın qələbəsini gözləyəcəksiniz?
    – Avrokuboklara vəsiqə qazanmaq şansımız var. Qarşıda 4 oyun var və nə olacağını bilmirik. Qarşımıza məqsəd qoymuşuq ki, avrokuboklara gedək. “Qarabağ”ın finalda qələbəsini gözləmək istəmirik. Düşünürəm ki, qarşıdakı 4 oyunda hər şey dəyişə bilər. Qismət… Arzu edirik ki, avrokuboklara gedək. “Turan Tovuz” azarkeşləri həddindən artıq möhtəşəmdir. Klub rəhbərliyi də hər şəraiti yaradıb. Komandanın avrokuboklara vəsiqə qazanacağına inanıram.

    – Səlahiyyətiniz olsa, komandada neçə futbolçu ilə yolları ayırardınız?
    – Baş məşqçimiz var. Bu suala cavab vermək istəmirəm. Futbolçuların qarşıdakı oyunlarda daha məsuliyyətli olacaqlarına inanıram.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved