Türkiyə "Qalatasaray"ı futbolçusu Xuan Mata ilə yollarını ayırdı.
Prosport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
35 yaşlı oyunçu ötən mövsüm İstanbul təmsilçisinin heyətində Superliqanın qalibi olub.
Qeyd edək ki, Xuan Mata "Qalatasaray"a ötən ilin sentyabrında azad agent statusu ilə İngiltərənin "Mançester Yunayted" klubundan keçmişdi.

