Futzal üzrə “Neftçi” İK İB komandasının məşqçisi Əli Hüseynov cəzalanıb.
Prosport.Az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Buna Yüksək Liqanın XV turunun “Neftçi” İK İB – “Baku Fayr” oyununda yaşananlar səbəb olub. Nominal meydan sahiblərinin köməkçi məşqçisi matçın fasiləsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılib. Bu üzdən Əli Hüseynov 5 oyunluq cəza alıb.

