“Turan Tovuz” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, Belaydi Pusi ilə 1 illik sözləşmə imzalanıb. O, 2023/2024 mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Belaydi bu ilin yanvar ayından Tovuz təmsilçisinin formasını geyinir.

