Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bacarmadım, üzr istəyirəm" – Samir Abasov
    24.04.2025 00:06:09

    Azərbaycan Kubokunun yarımfinal mərhələsində Sabah” və “Neftçi” arasında keçirilmiş cavab oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyini hiss edirdik. Kubokun bütün məsuliyyəti mənimdir. Fanatlardan üzr istəyirik. Çətin dönəmdə gəldik və qış fasiləsindən yaxşı yararlana bilmədik. İstədiyimiz transferləri edə bilmədik. Baş məşqçi olaraq düşünürəm ki, Kuboka görə məsuliyyət məndədir. Üzr istəyirik.

    – 70-80% oyunçuların “Neftçi”də olması adamı heyrətləndirir. Sabiq idman direktoru Yens Andeşonu görsəniz, ona nəsə demək istərdiniz?
    – Heç bir insan haqda danışmaq istəmirəm. Bu gün həddindən artıq üzüldüyüm məqamlar var. Oyuna yaxşı köklənmişdik. İlk hissədə bəlkə də ən yaxşı oyunumuzu göstərdik. 100%-lik epizodları dəyərləndirə bilmədik. Buraxdığımız qol da öz səhvimizdən oldu. Oyuna qolla başlasaydıq, bəlkə fərqli olardı. Uşaqlar ilk hissədə çox yaxşı işlər gördü. Əfsuslar olsun, sona qədər davam etdirə bilmədik. Rəqibin heyətində fərdi bacarıqları olan oyunçular çoxdur. Onlar bu komponentdə bizdən üstün oldu. Əvəzetmələrdən sonra daha üstün oldular. Oyunçular paltardəyişmə otağına gələndə artıq şikayətlənməyə başladı. Emin Mahmudov meydanda lider kimi idi, amma o da yoruldu. Çox futbolçu əvəzlənməyi istəyirdi. Əvəzetmələrimiz fayda vermədi. Rəqib hücumameyilli oyunçuları meydana buraxanda fərq yaratdı. Planlar cızırıq. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Yeni mövsümə daha yaxşı başlamaq istəyirik. “Neftçi”yə layiq oyunçular gətirməliyik.

    – “Neftçi” – “Kəpəz” oyununda hücumçunuz Bassalu Sambu qırmızı vərəqə almasaydı, indi fərqli olardı?
    – Bu haqda danışmaq olmur. Sambu qollar vururdu və bizi ümidləndirmişdi. Cəzasının azaldılmasını istədik, amma etmədilər. Sambu burada yoxdursa, nə üçün digər hücumçular onun kimi oynamır? Azından Dembo Darbo, Ramil Şeydayev, gənc Ağadadaş Salyanski var. Nə olacağını bilmirəm.

    – “Qarabağ”la oyunda Darbo, Aleks Fernandes əsas heyətdə idi. Ancaq bu gün onlar ehtiyatda qaldı. Bu nədən irəli gəlirdi?
    – Dəyişən nəsə yoxdur. Ağadadaş “Qarabağ”la oyunda zədəli idi. Darbo qış toplanışını bizlə keçmədi, sonra bərpa müddəti keçdi.

    – Əvəzetmələri gec etdiyinizi düşünmürsünüz?
    – Heyətdə olan oyunçuların matçın əvvəlindəki tempi sona qədər davam etdirməməsi fiziki durumla bağlıdır. Onlar belə davam etsəydi, dəyişikliyə lüzum olmazdı. Hər şey istədiyimiz kimi olmur. Emin Mahmudov sonda 2-3 epizodda top itirdi. Bu, yorğunluqdan irəli gəlirdi. Mustafa Sek, Andrey Ştoqrin əvəzlənmək istədi. Sonradan oyuna girənlər də effekt vermədi.

    – “Neftçi” bu gün sanki qocalar evinə bənzəyir. Məsuliyyəti üzərinizə götürməyiniz futbolçuları qorumaqla bağlıdır?
    – Oyunçuları mən gətirməmişəm. Ancaq azarkeşlər mənə ümid edirdi, bacarmadım. Buna görə üzr istəyirəm.

    – Növbəti mövsüm komanda neçə faiz dəyişməlidi?
    – Hər məşqçinin öz üslubuna görə oyunçuları olur. Konkret oyunçu götürəndə nələrə üstünlük verəcəyimiz şeylər var. Neçə faiz gedəcək, neçə faiz gələcək, özünüz götür-qoy edərsiniz. Dəyişikliklər lazımdır.

    – Əksər legionerlərin müqavilə müddəti və maaşı yüksəkdir. Bu, problem ola bilər?
    – Buna cavab vermək çətindir. Ətraflı hər şeyi danışırıq. Klub, komanda üçün ən yaxşısını etməyə çalışacağıq. Ümid edirəm ki, problemləri çözə biləcəyik. Nəinki biz, digər komandalar da oyunçularla bağlı problem yaşayıb. Zaman necə olacağını göstərəcək.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved