Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov "Yutub" platformasında yayımlanan “Podkat” verilişinin qonağı olub.
Prosport.Az xəbər verir ki, o, yığmamızın DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı keçirəcəyi oyunlardan danışıb.
Təcrübəli futbolçu həmin matçlarda millimizin xal qazanmaq şansının olmadığını bildirib: “Bu matçda bizə Allah kömək etməlidir. Meydana 8 müdafiəçi və 2 hücumçu ilə çıxmalıyıq (gülür). Ümumiyyətlə, yalandan deyək ki, Kilian Mbappeni bağlayacağıq, Usman Dembeleyə oynamağa imkan verməyəcəyik, bu inandırıcı olmaz. Sadəcə, bəzən qeyri-adi matçlar keçir. Məsələn, Portuqaliyaya qarşı elə oyun olmuşdu. Yəni ancaq elə ola bilər”.

