Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Problemləri aradan qaldırmaq üçün zamana ehtiyac var" - Aqil Nəbiyev
    21.04.2025 11:48:06

    "Ümid edirəm ki, seçmə mərhələ matçlarına qədər hər şey yaxşılığa doğru gedəcək".

    Prosport.Az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüdlü) Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirindəki çıxışı dəyərləndirərkən deyib.

    Mütəxəssis ilk olaraq Estoniya yığmasına qarşı keçirilən son matçla (1:2) bağlı fikirlərini bildirib: “Estoniya ilə oyunda gözləntimiz qələbə idi. Ancaq UEFA İnkişaf Turnirində heyətdəki 20 futbolçunun hamısına minimum 90 dəqiqə şans vermək məcburiyyətində idik. Bu səbəbdən ilk iki matçda az oyun dəqiqəsi əldə edən uşaqlara şans verdik. Ümumilikdə üstünlük bizim tərəfimizdə idi. Təəssüf ki, fərdi səhvlərdən iki qol buraxdıq. Yaxaladığımız saysız-hesabsız fürsətləri isə qolla tamamlaya bilmədik. Bu da oyunçuların fərdi keyfiyyətlərindəki və texniki bacarıqlarındakı çatışmazlıqdan qaynaqlanır. Problemləri aradan qaldırmaq üçün zamana ehtiyac var. Ancaq milli komandada bunların üzərində çalışmaq üçün vaxtımız olmur. Yığmada işimiz sırf taktiki gedişlər üzərində qurulur. Futbolçular klublarında bu problemi aradan qaldırmağa çalışmalıdırlar”.

    Aqil Nəbiyev U-17-nin inkişafda olduğunu vurğulayıb: “Bu, ikinci toplanışımız idi. Əvvəlki hazırlıqla budəfəki toplanış arasında böyük fərq hiss etdik. Uşaqlarda inkişaf var. İnanıram ki, bu futbolçularla daha yaxşı nəticələr əldə edə bilərik. Gürcüstanla oyun komandanın potensialının olduğunu göstərdi. Sadəcə, uşaqlar beynəlxalq oyun təcrübəsinin azlığından əziyyət çəkirlər. Ümid edirəm ki, seçmə mərhələ matçlarına qədər hər şey yaxşılığa doğru gedəcək”.

    Qeyd edək ki, U-17 millimiz UEFA İnkişaf Turnirində Moldova (0:1), Gürcüstan (1:0) və Estoniyanın (1:2) müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved