Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Danışıq apardığımız oyunçular var" – Rəşad Sadıqov
    20.04.2025 21:35:48

    Premyer Liqasının XXXI turunda keçirilən “Zirə” – “Sumqayıt” (3:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm. Olduqca vacib 3 xal qazandıq. İlk hissə bizim üçün daha rahat keçirdi. Amma istər fasilədə, istərsə də çempionat zamanı “Sumqayıt”ın rəngarəng və baxımlı futbol oynadığını xatırladırdıq. Bunda Vaqif Cavadovun böyük rolu var. Maraqlı işlər görür. Xüsusən də hücum fazasında diqqət cəlb edən həmlələr edir. Üstünlüyümüzə baxmayaraq ikinci hissəsin əvvəlində qol buraxdıq və ondan sonra komanda üzərində müəyyən stres yarandı. “Sumqayıt” da daha böyük qüvvə ilə irəli atıldı. Biz isə məcburiyyətdən son 15-20 dəqiqədə daha çox müdafiəyəmeylli dəyişikliklər edirdik. Rəqib də həmin zaman hücumlar edirdi. Onlar da hesabı bərabərləşdirə bilərdilər. Şükürlər olsun ki, 3-cü qolu biz vurduq. “Sumqayıt”a uğurlar arzulayıram.

    – Qalib gəlməsəydiniz, “Qarabağ” rəsmən çempion olacaqdı. İstənilən halda bu durum sizi daha çox motivasiya edirdi?

    – Xeyr, açığı bu barədə heç düşünmürdük. “Qarabağ” artıq çempiondur, sadəcə onu rəsmiləşdirmək qalıb. Yalnız özümüzü düşünürük. Avrokuboklara düşmək üçün imkan dərəcəsində yüksək yerlər uğrunda çalışırıq. Hazırda yalnız bunu düşünürük. Hətta ikinci qolu buraxsaydıq da,  futbolçularıma qəzəblənməyəcəkdim. Sona doğru futbolçularda stres olur. Hansı klub bunun öhdəsindən gələcəksə, o da daha yaxşı yerlərdə qərarlaşacaq.

    – 16 il öncə formasınl geydiyiniz “Kocaelispor” Türkiyə Super Liqasına vəsiqə qazandı. Bu barədə hislərinizi bölüşə bilərsiniz?

    – Çox sevindim. O şəhər, o azarkeşlər, o camiə yüksək liqada çıxış etməyə layiqdir. Şəhərdə yeni gözəl stadion da tikilib. Ümumiyyətlə, “Bursaspor”, “Kocaelispor” kimi komandalar yüksək liqada oynamağa layiqdirlər. “Kocaelispor”u yaxından izləyəcəyəm və onlara azarkeşlik edəcəyəm.

    – Ötən tur “Neftçi”ylə oyunda Stefan Akaya qarşı irqçi şüarlar səsləndirildi. Bu oyunda isə Aka tribunada idi. Onun psixoloji durumu necədir?

    – Düzü, bu haqda məndə ətraflı məlumat yoxdur.

    – AFFA İntizam Komitəsi də bu məsələylə bağlı “Neftçi”ni cəzalandırmışdı…

    – Bilmirəm. Biz “Neftçi”ylə matçda onu zədəylə bağlı dəyişmək istəyirdik, amma o, davam etmək istədi və zədəsini daha da pisləşdirdi. 2-3 həftə oyunlarda iştirak edə bilməyəcək. Amma ikinci yarıda göstərdiyi performansa görə zədələnməsinə dəyərdi. Çünki olduqca vacib qələbə oldu. Aka gözəl qəlbli və xarakterli bir insandır. Ancaq mən irqçi şüar eşitməmişəm. Eşitsəydik, bəlkə də şərh etmək olardı. Bəlkə də bir nəfər kimsə deyib. Onu bütün “Neftçi” azarkeşlərinə də bağlamaq düzgün deyil.

    – Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu, sizin yerlilərlə bağlı planlarınıza təsir edəcək?

    – Yox, planlarımızı dəyişmir. Rəqabət olacaq. Biz DAK-la avrokubok matçında səfərdə 5 yerli ilə oynamışdıq. Kim güclü olacaqsa, o da oynayacaq. Heyətimizdə yerlilər də olacaq. Dəyərli yerlilərimiz var.  

    – Danışıq apardığınız futbolçular var?

    – Bəli, danışıq apardıqlarımız var. Danışacağımız futbolçular var. Amma çox futbolçu bizimlə davam edəcək.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved