Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ən az büdcə bizdədir" – Ayxan Abbasov
    20.04.2025 19:00:56

    Misli Premyer Liqasının XXXI turunun “Şamaxı” – “Kəpəz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Stresli, maraqlı, sürətli oyun oldu. Azarkeşlər möhtəşəm atmosfer yaratmışdı. Qələbə qazanmaq istəyirdik. Evdə sevinc başqa olur. İstədiyimiz qələbəni qazandıq. Rəqib yaxşı mübarizə apardı. İki komandanın da şansları var idi. Qarşıdakı oyunları böyük motivasiya ilə oynamalıyıq. Yuxarı sıralara qalxa bilərik. Gənclərimizin inkişafı üçün oyunlar vacibdir. Bu il istəyimizə çatacağımıza inanırdıq. Gələn mövsüm daha yaxşı olmaq üçün belə matçlar lazımdır.

    – Bir hücumçunuz qalıb...
    – Bir hücumçu ilə çətindir. Taktiki dəyişikliklər edə bilərik. Qarşıda çətin Tovuz səfəri var. Brahim və Mayklın sarı vərəqəsi var idi. Mayklı əvəzləmək istəyirdik, alınmadı.

    – Digər komandalarda olan gəncləri heyətinizə qatmaq üçün danışıqlara başlamısınız?
    – Bəli.

    – Tovuz səfərində nəyə ümid edirsiniz?
    – “Turan Tovuz”un motivasiyası var. 3-cü sıraya yüksəlmək istəyirlər. Aramızdakı 3 oyunda da pis oynamamışıq. Yeni komanda olduğumuz üçün bəzi matçlarda yaxşı oynasaq da, qələbə qazana bilmirdik. Bizimçün hər oyun çətindir, Tovuz səfəri daha çətin.

    – Kimlərlə yola davam edəcəksiniz?
    – Danışıqlarımız davam edir.

    – Mikelsin qalmaq ehtimalı var?
    – Oyunçuların təklifləri var. Ən az büdcə bizdədir. Bizdən başqa digər komandaların dəstəyi var. Planlarımız var, büdcəni gözləyirik. Gənc futbolçularla danışırıq.

    – “İmişli” – “Qəbələ” oyununu stadiondan izlədiniz. Təəssüratlarınız necədir?
    – Çox oyunlara gedirəm. I Liqanın vacib oyunu idi. “İmişli” daha istəkli idi. “Qəbələ”də gənclər var, onları iş başında görmək istəyirəm. Yaya qədər seleksiyamız var. Hər kəsi izləyəcəm. Həm də gələcək rəqiblərimizdir.

    – Sponsorunuz olsaydı, avrokuboklara iddialı “Şamaxı” yarada bilərdiniz?
    – Sponsorun fikri önəmlidir. Ayxan Abbasovdan olsa, edər.

    Futbol

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40
    Futbol

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20
    Futbol

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05
    Futbol

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38
    Futbol

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11
    Futbol

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved