Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İmkanım olsa, hətta oraya təcrübəyə də gedərəm" – Qurban Qurbanov
    19.04.2025 23:02:18

    Misli Premyer Liqasının XXXI turunda keçirilən “Qarabağ” – “Neftçi” matçından (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

    – Azarkeşlərə təşəkkür etmək istəyirəm. Stadionda tam başqa ab-hava var idi. Bu stadionda hələ belə dəstək olmamışdı. Hər oyun onları gözləyirik. Azarkeşsiz futbol çox zəif görünür. Bugünkü oyunda azsaylı azarkeş olsaydı, bəlkə də belə maraqlı oyun olmazdı. Futbolçularımı təbrik edirəm. Sona qədər motivasiyalarını qorudular. Buna baxmayaraq, “Neftçi” bir neçə qol epizodu yaratdı. Onlara və Samirə uğurlar arzulayıram. Onun üçün asan deyil, komanda istədiyi futbolu göstərmir. Amma mən məşqçi olaraq bunu görürəm.

    – İlk hissədə 3 qol vursanız da, ikinci yarıda da hücumlarınız dayanmadı. Bu, “Araz-Naxçıvan”la oyuna hazırlığınızın işarəsidir?
    – Belə bir planımız yox idi. “Səbail”lə oyunda da fikirlərimi bildirmişdim ki, hələ belə tsikldə 8 gün boş qalan vaxtımız olmamışdı. Düzü, həm güc, həm dözümlülük barədə bir az narazılığım var idi. Amma görünən odur ki, proqramımızı düz tutmuşuq. Futbolçular 90 dəqiqə öz güclərini ortaya qoydular.

    – Öncə çempionluq münasibətiylə sizi təbrik edirəm. Bir həftə əvvəl Bayılda "Səbail"lə oyundan sonra demişdiniz ki, nə olursa olsun, oyun günü komandanın yanından ayrılmaq istəmirsiniz. Bu gün isə Hacı Əliyevin obyektinin açılışında iştirak etmisiniz. Bu da ictimaiyyət arasında birmənalı qarşılanmır. Sizcə, İcraiyyə Komitəsindəki həmkarlarınız sizdən inciməz?
    – Hələ çempion olmamışıq. Buna bir az fərqli yanaşmaq lazımdır. İK-da 10-15 dəqiqəlik yığıncaq olmur. Orada saatlarla müzakirələr gedir. Onlara bir gün əvvəldən fikirlərimi bildirirəm. Hacının kiçik biznesinin açılışında isə gedib uğurlar arzulayıb qayıtdım.

    – Medina 4 oyundur ki, oynamır. Yayda da müqaviləsi bitir. Onunla yolları ayıracaqsınız?

    – Medinaya gəlincə, Matteusla əvəzlənib. Bu, o demək deyil ki, oyunundan razı deyiləm. Sadəcə, Silvaya daha çox şans vermək istəyirəm. Medina bizim oyunçudur.

    – Abbas zədədən sonra daha az vaxt qazanır. Torala rəqabətdə uduzur?
    – Abbasın 2 dəfə zədəsi olmuşdu. Baldır nahiyyəsində çox yüklənən əzələ problemi var idi. İnşallah ki, qarşıdakı oyunlarda şans veriləcək

    – Çoxlu qol epizodlarını qaçırtmağınız sizi narahat etmir?
    – Tam yox. Biri var, epizoda məsuliyyətsiz yanaşasan, biri də var ki, istəkdən belə hallar olur. Nəzərə alaq ki, Kadidə bu epizodlar daha çox oldu.

    – Nəriman 37 oyunda 12 qol və 11 asistlə irəliləyir. Onun çıxışından razısınız?
    – Yaxşı mənada çox dəyişilir. Daim diskussiyalarımız olur. Futbolu daha çox sevməlidir və daha işgüzar olmalıdır. Tam razı deyiləm. Öz üzərində daha çox çalışsa, potensialı daha yüksəkdir. Belə olsa, bombardirlər siyahısında lider olmalı idi. Buna borcludur.

    – Mahir Emrelinin müqaviləsi yayda bitir. Onu komandaya cəlb etmək istəyirsiniz?
    – Bizim Mahirlə danışığımız olmayıb. Onsuz da onun məqsədi daha çox Avropada oynamaqdır. Orada oynamağı daha məsləhətdir.

    – Musa Qurbanlının ayrıldığı “Yurqorden” və bu il yeganə məğlub etdiyiniz “Bude/Qlimt” Konfrans Liqasında yarımfinala yüksəldi. Musa oradan ayrıldığına peşman deyil?
    – Bu barədə danışmamışam. Peşmanlığa ehtiyac yoxdur. Hardasa uğurlu, hardasa uğursuz olursan. Geriyə yox, gələcəyə baxmaq lazımdır. “Bode/Qlimt” bunu haqq edirdi. Mənim diqqətimi cəlb edən komandadır. Adlı-sanlı klublara 3-4 qol vururlar. İnanın ki, imkanım olsa, hətta oraya təcrübəyə də gedərəm. “Tottenhem”lə qarşılaşacaqlar. O da bizim komandadır (gülür). Hər ikisinə uğurlar arzulayıram. Keçən mövsüm bizim də yarımfinala çıxmaq şansımız var idi. Ən azından bizim oynadığımız klublardan biri finalda oynayacaq.

    – Demək olarmı ki, builki rəqiblərinizə görə “Qarabağ”ın bəxti gətirmədi?
    – Oyunların ümumi keyfiyyətinə baxsaq, bizim qalib gəlmək şanslarımız daha çox olub. Nələrisə düz etməmişik. Belə xırda detallar var. Hansınınsa bizə qarşı oyunda 5 baş üstün oynadığını deyə bilmərəm. Böyük bir təcrübə oldu. Xüsusən, böyük oyunlarda məğlub olmaq futbolçulara təcrübə verir. Növbəti illərdə qruplara düşsək, builki səhvlərdən yayınarıq.

    – Yassin Benziyanı növbəti mövsümdə də komandanızda görmək istəyərsiniz?
    – İstəyərəm. Danışıqlar gedir. Hələ qarşıda bir neçə ay var.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved