Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İnşallah, kubok oyununa kimi üstümüzdən nəfs çəkilər" – Samir Abasov
    19.04.2025 22:50:46

    Misli Premyer Liqasının XXXI turunda keçirilən “Qarabağ” – “Neftçi” (3:0) matçından sonra qonaq komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

    – Niyə məğlub oldunuz, qol vura bilmədiniz?
    – Qol vurmaq üçün imkanlarımız oldu. Əfsuslar olsun ki, qapının içindən belə vura bilmədik. Bu, qalib gələ və ya bərabərə qala bilərdik anlamına gəlməsin. Niyə qol buraxdıq? Əsas sual budur. Həddindən artıq çox rotasiyalara əl atmışdıq. Zədə problemi mən bura gələndən komandadan əl çəkmir. Bir də fərdi oyunçu səhvləri bu mövsüm başımızın bəlası olub.

    – 4 ildir “Qarabağ”a qalib gələ bilməyən “Neftçi” var…
    – Bu, Azərbaycan derbisidir və başadüşüləndir. Fərqi yoxdur, heyətdə zədəlilər var və ya qarşıda bizi kubok oyunu gözləyir. Bu, derbidir və qalib gəlməlisən.

    – Murad Məmmədovu çoxdandır oynatmırsınız. Ümumiyyətlə silmisiniz?
    – Murad ard-arda oynadığı pis oyunlardan sonra özünə gələ bilmir. Bu, məşqlərdə də sezilir. Muradı ümumiyyətlə silmək fikrimiz yoxdur. Aleksi Muradla dəyişdik. O, güvəndiyimiz futbolçudur. Bəzi bariyer var ki, özü aşmalıdır.

    – “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” “Qarabağ”ı məğlub edib, amma “Neftçi” yox. Bu komanda avrokuboklara getməyə layiqdir?
    – Buradakı məntiqi anlamıram. 4 oyunu mənim üzərimə yıxmayın. 3-də mən olmuşam. “Neftçi Arena”dakı oyunumuz çox yaxşı alınmışdı. Bəli, səhvlərimiz çoxdur. Amma bu, avrokuboklara getməyə layiq deyilik anlamına gəlmir. “Qarabağ” yaxşı klubdur. Əgər elədirsə, onda “Kəpəz” niyə avrokuboklara getməsin? Hər il yenilənən “Neftçi” var. İnşallah ki, bu tendensiyaya son verərik.

    – Rafael Quzzonun zədəsi ciddidir?
    – Ciddiyə oxşamır. Rəqiblə toqquşma oldu.

    – “Sabah”la cavab matçına Edvin Kuç yetişə biləcək?
    – İnanırıq. Həkimlərlə danışıqlarımız olur. Yeni zədədən çıxmış futbolçularımız var. Emin, Darbo, Sek və s. Onları müntəzəm oynatmaq lazımdır ki, özlərini bərpa etsinlər. Sadəcə, bu problemlər aradan qalxmır. Səbəblər özümüzə müəyyən deyil. Üç mərkəz müdafiəçimiz olmasına baxmayaraq, biri ilə 3 oyun ard-arda oynamışıq. İnşallah, kubok oyununa kimi üstümüzdən nəfs çəkilər.

    – Sambonu oyuna buraxmamağınızın səbəbi nədir?
    – Darbo 2 aya yaxındır zədəli idi. Oyunu hiss etməsi məqsədiylə meydana buraxdıq. Onu da hansısa dəqiqədə Sambu ilə əvəzləməyi nəzərdə tuturduq. Sadəcə, Rəhmanla Quzzonu 90 dəqiqə meydanda saxlamaq istəyirdik. Onlar da əvəzlənmək istədikləri üçün planlarımız pozuldu.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi - VİDEO

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved