“Çelsi”nin müdafiəçisi Sesar Aspilikueta “Atletiko”ya keçəcək.
Prosport.Az xəbər verir ki, ispaniyalı futbolçu ilə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanacaq.
33 yaşlı futbolçu 2012-ci ilin yayından London klubunda çıxış edir. O, ümumilikdə “zadəganlar”ın heyətində 508 oyuna çıxıb, 17 qol vurub və 56 məhsuldar ötürmə edib.

