Mövsümün sonunda "Sumqayıt"dan ayrılan Vüsal İsgəndərlinin karyerasını harada davam etdirəcəyi məlum olub.
Prosport.Az "PanoramaSport"a istinadən xəbər verir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını Albaniya "Eqnatiya"sında davam etdirəcək. Bu barədə klubun prezidenti Agim Demrozi öz açıqlamasında bildirib. O, Vüsal ilə 3 illik müqavilə imzalandığını qeyd edib.
Xatırladaq ki, Vüsal İsgəndərli ötən mövsümü "Sumqayıt"da keçirib. O, Azərbaycan millisinin də üzvüdür.

