“Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, “ağ-qaralar” Fransanın “Pau” klubunda oynayan Ervin Koffini transfer edib. Fil Dişi Sahilindən olan sağ cinah müdafiəçisi tezliklə komandaya qoşulacaq.
28 yaşlı futbolçu daha əvvəl Fransanın “Şatoru”, “Loryan”, Kiprin “Anortosis” və “Olimpiakos” (Nikosiya) klublarında çıxış edib.

