Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi son oyunun vaxtı və yeri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan yığmamız mayın 30-da Litva seçməsini qəbul edəcək.
Millimiz rəqiblərini adətən “Liv Bona Dea Arena”da qəbul etsə də, bu dəfə görüş “ASCO Arena”da təşkil olunacaq. Siyasət Əsgərovun yetirmələri saat 20:00-da həlledici matça çıxacaq.
Qeyd edək ki, hazırda Monteneqro və Azərbaycan milliləri hərəyə 5 xalla qrupda 1-2-ci yerləri bölüşürlər. Mayın 30-da millimizin qonağı olacaq autsayder Litva isə iyunun 3-də Monteneqronu qəbul edəcək. Litva üzərində daha böyükhesablı qələbə qazancaq komanda qrup birincisi kimi B Liqasına yüksələcək.

