Fransa millisinin DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.
Prosport.Az Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Didye Deşamın yetirmələri Azərbaycan, İslandiya və Ukrayna yığmalarını eyni arenada qəbul edəcək.
Məlumatda bildirilib ki, yerli şirkətlər öz aralarında “Stad de Frans”la bağlı razılığa gələ bilməyiblər. Bu səbəbdən fransızlar qrupda həm millimizlə, həm də digər komandalarla ev oyunlarını PSJ-nin ev matçlarını keçirdiyi paytaxt Parisdəki “Park de Prens” stadionunda keçirəcək. Federasiya prezidenti Filipp Diallo da xəbəri təsdiqləyib.
Qeyd edək ki, millimiz Fransa ilə səfər oyununu oktyabrın 10-da keçirəcək.

