Patrik Klyuvert Türkiyənin “Adana Dəmirspor” klubunun baş məşqçisi təyin olunub.
Prosport.Az xəbər verir ki, niderlandlı baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.
47 yaşlı Klyuvert karyerası ərzində PSJ-nin idman direktoru, Kamerun millisinin köməkçi məşqçisi, “Barselona” idman akademiyasının direktoru və Kurasao yığmasının baş məşqçisi kimi çalışıb.

