Türkiyənin "Trabzonspor" klubu heyətini Xorvat hücumçu ilə gücləndirib.
Prosport.Az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Sauthempton"dan Mislav Orşiçi transfer edib. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2+1 illik müqavillə imzalanıb. "Trabzonspor"oyunçuya görə "Suathemton"a 2,4 milyon avro ödəyəcək.
Qeyd edək ki, Orşiç 2023-cü ilin əvvəlindən "Sauthempton"da oynayırdı. O, 2019-cu ildən Xorvatiya millisinin üzvüdür.

