"Qarabağ"ın sabiq qapıçısı Vaqner Silva özünə yeni komanda tapıb.
Prosport.Az xəbər verir ki, 38 yaşlı qolkiper karyerasını vətəni Braziliyada davam etdirəcək.
O, bu ölkənin B Seriyası təmsilçisi “Operario Ferroviario” klubu ilə müqavilə imzalayıb.
Vaqner Silva 2018/19 mövsümündə “Qarabağ”da oynayıb. O, sonra karyerasını Portuqaliyada davam etdirib. Vaqner 2024-cü ilin yayından klubsuz idi.

