Aleksis Makalisterin transferinin ardından "Liverpul" daha 1 futbolçunu heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano verib. Onun sözlərinə görə İngiltərə klubu Dominik Zoboslainin transferinə görə "Leyptsiq"ə 70 milyon avro ödəyəcək.
Qeyd edək ki, Zoboslai "Leyptsiq"dən öncə Avstriyanın "Zalsburq" klubunda çıxış edib.

