Futbol üzrə Azərbaycan II Liqasında XXI turun “Şəmkir” – “Kür-Araz” oyununun stadionu dəyişdirilib.
Prosport.Az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən Şəmkir Olimpiya İdman Kompleksinin stadionu yararsız vəziyyətə düşüb.
Buna görə matç saat 18:00-da Tovuz şəhər stadionunda keçiriləcək.

