"Səbail" legioneri Suleyman Alluşu cərimələyib.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXVI turunun “Zirə” ilə görüşündə təcavüzkar davranışına görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyan və AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılan niderlandlı futbolçuya klub da cəza verib.
Etdiyi hərəkətə və klubu çətin durumda qoyduğuna görə "Səbail" ona 3 min manat cərimə kəsib.
Qeyd edək ki, niderlandlı oyunçunun XXXI turun "Sabah"la matçında meydanda olacağı gözlənilir.