Futbol üzrə I Liqada çıxış edən "Baku Sportinq" baş məşqçi postunda dəyişiklik etməyib.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi Elman Sultanovla uzunmüddətli müqavilə imzalayıb.
Onun köməkçiləri də qarşıdakı mövsümlərdə paytaxt klubunda işləyəcək. Anlaşmanın müddəti 2030-cu ilin mayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Baku Sportinq" I Liqada 21 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb.

