"Araz-Naxçıvan" müdafiəçisi İqor Ribeyru ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, braziliyalı futbolçu 2025/2026 mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Qeyd edək ki, əsas heyətin daimi üzvü olan Ribeyru 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.

